Abstract:
1.Şəhərlərin nəqliyyat şəbəkələrində nəqliyyat axınlarını, ictimai nəqliyyatın
fəaliyyətini, piyada hərəkətini, parklanma şəraitini imitasiya etmək üçün müxtəlif
proqramlarda yaradılmış mikro və makromodellərdən istifadə edilir.
Makromodellərdən istifadə edilməsi şəhər zonaları arasında bütün yerdəyişmələri
kifayət qədər detallı şəkildə təsvir etmək imkanı yaradır.
2.PTV VİSUM şəhərlərin makromodellərinin yaradılmasında istifadə olunan
yeni və səmərəli bir alətdir. Onun istifadə edilməsi şəhərlərdə hərəkətliliyin
qiymətləndirilməsi, yerdəyişmələrin nəqliyyat növləri arasında bölüşdürülməsi
məsələlərini kifayət qədər dəqiqliklə analiz etməyə imkan yaradır.
3.PTV VİSUM proqramının köməyi ilə şəhər mirkrorayonunun rəqəmsal
modelinin yaradılması üçün xəritələr üzərində iş, proqramın alətlərindən istifadə
ardıcıllığı, yol ayrıcları, dayanacaq məntəqələrinin iş parametrlərinin daxil edilməsi
metodikası verilir və bu istiqamətdə aparılan tədqiqatlar zamanı istifadə edilə bilər
4.Şəhər nəqliyyat şəbəkəsinin rəqəmsal əkizinin (makromodelinin) yaradılması
üçün Bakı şəhərinin Yasamal rayonu seçilmiş və 4 əsas zonaya bölünmüşdür.
Zonaların mərkəzləri, hərəkətə başlama və bitirmə nöqtələri, sorğu nəticəsində
alınmış rəqəmlər əsasında hərəkətin əsas parametrləri daxil edilmişdir.
5.Yaradılmış modelin sınaqları ilə zonalar arası gedişlərdə vaxt itkiləri gedişlərin
növləri üzrə müəyyən edilmiş və yaradılan modeldə edilən dəyişikliklərin real
nəqliyyat şəbəkəsinin planlaşdırılmasında istifadə üçün tətbiqi məqsədəuyğun hesab
edilmişdir.