Abstract:
Metallurgiya hər bir dövlətin iqtisadiyyatında əsas və
aparıcı rol oynayan sənaye sahəsi sayılır. Bu sənaye sahəsi qara və əlvan
metallurgiyaya bölünməklə həm dövlətin metallurgiya məhsullarına olan tələbatını
ödəyir, həm də metallurgiya sənayesi inkişaf etmiş dövlətlər dünya bazarına
metallurgiya məhsullarını təqdim edirlər. Bundan əlavə metallurgiyada bir çox sənaye
tullantıları yaranır ki, bunlar həm istehsal olunan məhsulun maya dəyərini yüksəldir,
həm də ətraf mühiti çirkləndirir. Metallurgiya sənayesində ilkin tullantılar filizin
zənginləşdirilməsi zamanı yaranır. Belə ki, 70 milyon ton filiz emal edilərkən mədən
və emal zavodlarında orta hesabla 45 milyon tondan artıq tullantı əmələ gəlir. Son
dövrlərdə bütün dövlətlər qarşısında tullantısız texnologiyaların yaradılması aktual
problem olub, çünki bu texnologiyalar həm təbii resurslara qənaət etməyə imkan verir,
həm də ətraf mühitin tullantılarla çirklənməsinin qarşısı alınır. Bu səbəbdən metalların
əridilməsi zamanı yaranan posaların məqsədyönlü istifadəsi, onların yeni tərkibli
məmulatlar istehsalına cəlb edilməsi nəinki resurslara qənaətə yol açır, həm də yeni və
daha üstün xassəli məhsulların alınmasına imkanlar yaradır. Xüsusilə də tikinti
materialları istehsalında metallurji posalardan istifadə daha ketfiyyətli tikinti
məhsullarının alınmasına şərait yaradır. Təbii resurslara qənaət, yeni və daha üstün
xassəli tikinti materialları istehsalının təşkili, ətraf mühitin posa tullantılarından
qorunması zəmanəmizin aktual problemidir.
Tədqiqatın məqsədi. Metallurgiya posalarının yaranması səbəblərini araşdırmaq,
posaların kimyəvi tərkibinin, faza tərkibinin, radioaktivliyinin, hidravlik aktivliyinin,
yapışdırıcılıq və sorbsiya qabiliyyətinin tədqiqi, posalardan yeni tərkibli tikinti
materialları istehsalında tətbiq sahələrinin və iqrisadi səmərənin araşdırılması.