dc.contributor.author | Mustafayeva, Məryəmxanım | |
dc.contributor.author | İsmayılov, Kamil | |
dc.contributor.author | Balabəyov, Seymur | |
dc.contributor.author | Quliyev, Hüseyn | |
dc.contributor.author | Cəfərov, Məmməd | |
dc.date.accessioned | 2024-09-04T10:16:18Z | |
dc.date.available | 2024-09-04T10:16:18Z | |
dc.date.issued | 2024-07-19 | |
dc.identifier.uri | http://hdl.handle.net/123456789/371 | |
dc.description.abstract | Metallurgiya hər bir dövlətin iqtisadiyyatında əsas və aparıcı rol oynayan sənaye sahəsi sayılır. Bu sənaye sahəsi qara və əlvan metallurgiyaya bölünməklə həm dövlətin metallurgiya məhsullarına olan tələbatını ödəyir, həm də metallurgiya sənayesi inkişaf etmiş dövlətlər dünya bazarına metallurgiya məhsullarını təqdim edirlər. Bundan əlavə metallurgiyada bir çox sənaye tullantıları yaranır ki, bunlar həm istehsal olunan məhsulun maya dəyərini yüksəldir, həm də ətraf mühiti çirkləndirir. Metallurgiya sənayesində ilkin tullantılar filizin zənginləşdirilməsi zamanı yaranır. Belə ki, 70 milyon ton filiz emal edilərkən mədən və emal zavodlarında orta hesabla 45 milyon tondan artıq tullantı əmələ gəlir. Son dövrlərdə bütün dövlətlər qarşısında tullantısız texnologiyaların yaradılması aktual problem olub, çünki bu texnologiyalar həm təbii resurslara qənaət etməyə imkan verir, həm də ətraf mühitin tullantılarla çirklənməsinin qarşısı alınır. Bu səbəbdən metalların əridilməsi zamanı yaranan posaların məqsədyönlü istifadəsi, onların yeni tərkibli məmulatlar istehsalına cəlb edilməsi nəinki resurslara qənaətə yol açır, həm də yeni və daha üstün xassəli məhsulların alınmasına imkanlar yaradır. Xüsusilə də tikinti materialları istehsalında metallurji posalardan istifadə daha ketfiyyətli tikinti məhsullarının alınmasına şərait yaradır. Təbii resurslara qənaət, yeni və daha üstün xassəli tikinti materialları istehsalının təşkili, ətraf mühitin posa tullantılarından qorunması zəmanəmizin aktual problemidir. Tədqiqatın məqsədi. Metallurgiya posalarının yaranması səbəblərini araşdırmaq, posaların kimyəvi tərkibinin, faza tərkibinin, radioaktivliyinin, hidravlik aktivliyinin, yapışdırıcılıq və sorbsiya qabiliyyətinin tədqiqi, posalardan yeni tərkibli tikinti materialları istehsalında tətbiq sahələrinin və iqrisadi səmərənin araşdırılması. | en_US |
dc.language.iso | en | en_US |
dc.rights | Attribution-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nd/3.0/us/ | * |
dc.subject | Metallurgiya sənayesinin xammal və istehsalat tullantıları | en_US |
dc.subject | Qara metallurgiyada tullantıların yaranma texnologiyası və xarakteristikası | en_US |
dc.subject | Posanın kristal komponentinin tərkibinin öyrənilməsi | en_US |
dc.subject | Portlandsement istehsalında metallurgiya posalarının istifadəsi | en_US |
dc.subject | Keramika məmulatları istehsalında metallurji posaların tətbiqi | en_US |
dc.title | METALLURJİ TULLANTILARIN TƏTBİQİ İLƏ YENİ XASSƏLİ TİKİNTİ MATERİALLARININ İSTEHSALI | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: