Abstract:
Mikroorqanizmlər neft məhsullarına, yanacağa, yağlara
və s. hücum edir, müəyyən istismar, daşınma və saxlama şəraitində onların fiziki,
kimyəvi və istismar xüsusiyyətlərinə mənfi təsir göstərirlər. Mikroorqanizmlərin
həyat fəaliyyəti nəticəsində əmələ gələn məhsulların (karbon turşuları, peroksidlər,
kükürdlü üzvi birləşmələr) hesabına bəzi neqativ hallar, məsələn, korroziya, saxlama
qabların və çənlərinin çirklənməsi kimi hallar baş verir.
Məlumdur ki, sürtkü yağların və yanacaqların zədələnməsindən qorunması və
uzun müddət saxlanması və nəql olunması zamanı onlara stabillik vermək üçün
aşqarlardan isrifadə olunur. Metal səthlərdə korroziya məsələsinin aradan qaldırılması
üçün korroziya prosesininin nə olduğunu öyrənmək və korroziya əleyhinə
materialların əldə olunması çox vacib əhəmiyyət daşıyır. Yağların istismar xassələri
yaxşılaşdıran aşqarlar kimi üzvi birləşmələr xüsusi olaraq diqqəti cəlb edir. Bu cür
birləşmələrin antioksidləşdiricilər kimi effektliyi onların ərsəyə gətirilməsinə və
nəticədə kimyəvi zəncirin qırılması hadisəsinin həyata keçməsi nəticəsində
avtooksidləşmə reaksiyasının fəaliyyətinin dayanması prosesinə əsaslanmaqdadır. Bu
tip korroziya əleyhinə birləşmələr praktiki olaraq heç bir oksidləşmə əleyhinə
xüsusiyyətlərə malik deyildirlər. Kükürdtərkibli üzvi birləşmələr yağların istismar
xassələrinə müsbət təsir göstərən aşqarlar kimi xüsusi şəkildə diqqəti cəlb
etməkdədir. Bu cür birləşmələrin antioksidləşdiricilər kimi effektliyi onların
karbohidrogen peroksidləri ilə qarşılıqlı təsiri nəticəsində sulfooksidlərin əmələ
gəlməsinə və nəticədə zəncirin qırılmasının baş verməsinin hesabına avtooksidləşmə
reaksiyasının dayanmasına əsaslanır. Korroziya əleyhinə və siyrilməyə qarşı işlədilən
bu tip kükürdlü birləşmələr praktiki olaraq oksidləşmə əleyhinə xassələrə malik
olmurlar. Onların fəaliyyəti metal səthində neftin oksidləşməsinin məhsulları olan
turş maddələrin təsirindən metal səthində qoruyucu örtüyün meydana gəlməsinin
qarşısını almaqdan ibarətdir.
Korroziyadan qorunma ilə bağlı sənaye qurğularında ən yeni və təsirli üsul
kimi aşqarların istifadəsi hesab edilir.
Tətqiqatın məqsədi və obyekti: İşdə əsas məqsəd neft və neft-qaz sənaye
sahəsində istifadə edilən qurğuların qorunması üçün üzvi reagentlərdən istifadə
edilməsidir.