AzTU Digital Repository

NEFT EMALI VƏ NEFT-KİMYA SƏNAYE SAHƏLƏRİNDƏ İŞLƏDİLƏN AVADANLIQLARIN KORROZİYADAN QORUMAQ ÜÇÜN ANTİMİKROB AŞQARLAR KİMİ ÜZVİ REAGENTLƏRİN TƏTBİQİ

Show simple item record

dc.contributor.author AğaMəmmədova, Rəqsanə
dc.contributor.author Mustafazadə, Əminə
dc.contributor.author Rzayev, Abdulla
dc.contributor.author Həsənli, Əzizə
dc.contributor.author Əhmədova, Səbinə
dc.date.accessioned 2024-09-04T10:59:23Z
dc.date.available 2024-09-04T10:59:23Z
dc.date.issued 2024-07-13
dc.identifier.uri http://hdl.handle.net/123456789/375
dc.description.abstract Mikroorqanizmlər neft məhsullarına, yanacağa, yağlara və s. hücum edir, müəyyən istismar, daşınma və saxlama şəraitində onların fiziki, kimyəvi və istismar xüsusiyyətlərinə mənfi təsir göstərirlər. Mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələn məhsulların (karbon turşuları, peroksidlər, kükürdlü üzvi birləşmələr) hesabına bəzi neqativ hallar, məsələn, korroziya, saxlama qabların və çənlərinin çirklənməsi kimi hallar baş verir. Məlumdur ki, sürtkü yağların və yanacaqların zədələnməsindən qorunması və uzun müddət saxlanması və nəql olunması zamanı onlara stabillik vermək üçün aşqarlardan isrifadə olunur. Metal səthlərdə korroziya məsələsinin aradan qaldırılması üçün korroziya prosesininin nə olduğunu öyrənmək və korroziya əleyhinə materialların əldə olunması çox vacib əhəmiyyət daşıyır. Yağların istismar xassələri yaxşılaşdıran aşqarlar kimi üzvi birləşmələr xüsusi olaraq diqqəti cəlb edir. Bu cür birləşmələrin antioksidləşdiricilər kimi effektliyi onların ərsəyə gətirilməsinə və nəticədə kimyəvi zəncirin qırılması hadisəsinin həyata keçməsi nəticəsində avtooksidləşmə reaksiyasının fəaliyyətinin dayanması prosesinə əsaslanmaqdadır. Bu tip korroziya əleyhinə birləşmələr praktiki olaraq heç bir oksidləşmə əleyhinə xüsusiyyətlərə malik deyildirlər. Kükürdtərkibli üzvi birləşmələr yağların istismar xassələrinə müsbət təsir göstərən aşqarlar kimi xüsusi şəkildə diqqəti cəlb etməkdədir. Bu cür birləşmələrin antioksidləşdiricilər kimi effektliyi onların karbohidrogen peroksidləri ilə qarşılıqlı təsiri nəticəsində sulfooksidlərin əmələ gəlməsinə və nəticədə zəncirin qırılmasının baş verməsinin hesabına avtooksidləşmə reaksiyasının dayanmasına əsaslanır. Korroziya əleyhinə və siyrilməyə qarşı işlədilən bu tip kükürdlü birləşmələr praktiki olaraq oksidləşmə əleyhinə xassələrə malik olmurlar. Onların fəaliyyəti metal səthində neftin oksidləşməsinin məhsulları olan turş maddələrin təsirindən metal səthində qoruyucu örtüyün meydana gəlməsinin qarşısını almaqdan ibarətdir. Korroziyadan qorunma ilə bağlı sənaye qurğularında ən yeni və təsirli üsul kimi aşqarların istifadəsi hesab edilir. Tətqiqatın məqsədi və obyekti: İşdə əsas məqsəd neft və neft-qaz sənaye sahəsində istifadə edilən qurğuların qorunması üçün üzvi reagentlərdən istifadə edilməsidir. en_US
dc.language.iso en en_US
dc.rights Attribution-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nd/3.0/us/ *
dc.subject Aşınma prosesinin yaranması və aşqarların tətbiqi en_US
dc.subject Material seçimi və texnologiyanın tətbiqi en_US
dc.subject Antioksidləşdirici aşqarların xüsusiyyətləri en_US
dc.subject Siyrilmə əleyhinə aşqarların istifadəsi və önəmi en_US
dc.subject Alitsiklik doymamış yodefirlərin sürtkü yağlarında antimikrob aşqar kimi tətbiqi en_US
dc.title NEFT EMALI VƏ NEFT-KİMYA SƏNAYE SAHƏLƏRİNDƏ İŞLƏDİLƏN AVADANLIQLARIN KORROZİYADAN QORUMAQ ÜÇÜN ANTİMİKROB AŞQARLAR KİMİ ÜZVİ REAGENTLƏRİN TƏTBİQİ en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NoDerivs 3.0 United States

Search DSpace


Advanced Search

Browse

My Account