Abstract:
Bu araşdırma Azərbaycanda və dünyada şəhərlərarası avtobus daşımaları
sektorunun mövcud vəziyyətini təhlil etmək və sektordakı imkanları və təhlükələri
ortaya çıxarmaq məqsədi daşıyır. Tədqiqat çərçivəsində aparılan sorğu və
müsahibələr nəticəsində geniş nəqliyyat şəbəkəsi və müştəri xidməti keyfiyyəti
sektorun güclü tərəfləri arasında önə çıxır. Bununla belə, sektorun üzləşdiyi əsas
çətinliklər arasında infrastruktur çatışmazlıqları, texnoloji yeniliklərə uyğunlaşma
problemi və gərgin rəqabət şəraiti var.
58
Araşdırma nəticələri göstərir ki, dissertasiyada qeyd olunan oxşar problemlər
Azərbaycan kontekstində də keçərlidir. Xüsusilə, infrastruktura və texnoloji
yeniliklərə qoyulan investisiyaların qeyri-kafi olması sektorda məhsuldarlığa mənfi
təsir göstərir. Bununla belə, yüksək müştəri məmnuniyyəti və xidmət keyfiyyəti
sektorda rəqabət üstünlüyü yaradır. Sektorun rəqabətədavamlı olması üçün aşağıdakı
təkliflər verilə bilər: Avtovağzallar və yol şəbəkələri yaxşılaşdırılmalıdır. Bilet satış
sistemlərində və donanmanın idarə edilməsində rəqəmsal transformasiya təşviq
edilməlidir. Ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən avtobuslardan istifadə
artırılmalıdır.
Azərbaycanda avtobus nəqliyyatı infrastrukturu yetərli olsa da, xüsusilə böyük
şəhərlərdə, kənd yerlərində və kiçik qəsəbələrdə çatışmazlıqlar var. Şəhər avtobus
xətləri, ümumiyyətlə, yaxşı şəbəkə təmin edir, lakin bəzən nəqliyyat vasitələrinin
köhnəlməsi və texniki xidmət göstərilməməsi səbəbindən xidmət keyfiyyətinin aşağı
düşməsi müşahidə olunur. Bundan başqa, Azərbaycanın iqtisadi inkişafında avtobus
nəqliyyatı mühüm yer tutur. Sərnişin daşımaları sektoru xüsusilə iş yerlərinin
yaradılması və yerli iqtisadi fəaliyyətlərin dəstəklənməsi baxımından mühüm rol
oynayır.
Bu dissertasiyada şəhərdaxili avtobus nəqliyyatının keyfiyyət göstəriciləri
sistemi hərtərəfli təhlil edilmişdir. Tədqiqat sərnişin məmnuniyyəti, xidmət keyfiyyəti
və əməliyyat səmərəliliyi kimi müxtəlif amilləri əhatə edən bir sıra keyfiyyət
göstəricilərinin əhəmiyyətini ortaya çıxarmışdır. Nəticələri aşağıdakı kimi
ümumiləşdirmək olar: Sərnişin məmnunluğu şəhərdaxili avtobus daşımalarının ən
kritik keyfiyyət göstəricilərindən biridir. Araşdırmalar göstərib ki, sərnişin
məmnunluğuna təsir edən əsas amillər avtobusların vaxtında gəlməsi, təmizliyi,
rahatlığı və təhlükəsizliyidir. Bundan əlavə, sərnişinlərin sorğularından əldə edilən
məlumatlar göstərir ki, mövcud məmnunluq səviyyəsi yaxşılaşdırılmalıdır. Xüsusən
də avtobuslar vaxtında yola salınmalı, dayanacaqlardakı məlumat sistemləri daha
effektiv olmalıdır. Ümumiyyətlə, avtobus daşımalarının davamlılığı və sərfəli olması
üçün əməliyyat səmərəliliyi böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, donanmanın
idarə edilməsində texnologiyadan istifadənin artırılması səmərəliliyin artırılması üçün
59
mühüm addım olacaqdır. İnfrastruktur və texnoloji təkmilləşdirmələr şəhərdaxili
avtobus nəqliyyatının ümumi keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm amillərdir.
Tədqiqatın nəticələrinə əsasən, şəhərdaxili avtobus nəqliyyatının keyfiyyətinin
yaxşılaşdırılması üçün aşağıdakı tövsiyələr təqdim olunur ki, avtobusların tezliyi
artırılmalı və pik saatlarda əlavə səfərlər təşkil edilməlidir. Müştəri xidməti və
fövqəladə halların idarə edilməsində sürücü və işçi heyətinin təlim proqramları
gücləndirilməlidir. Avtobus parkının yenilənməsi daha az yanacaq sərf edən, ətraf
mühitə daha az ziyan vuran nəqliyyat vasitələri ilə aparılması da çox önəmlidir.
Elektrikli və ya hibrid avtobusların istifadəsinə keçməklə ekoloji cəhətdən təmiz
təcrübələr təşviq edilməli və ağıllı dayanacaqlar və real vaxt rejimində izləmə
sistemləri geniş yayılmalı, bununla da sərnişinlərin gözləmə müddəti azalmalıdır.
Nəticədə Azərbaycanda avtobus nəqliyyatı sektoru mövcud problemləri həll
etməklə və təklif olunan inkişaf strategiyalarını həyata keçirməklə daha dayanıqlı və
səmərəli daşıma həllinə çevrilə bilər. Bu tədqiqat gələcək tədqiqat və siyasət üçün
mühüm zəmin yaradır.