Abstract:
İşin adı: Oyunların yaradılması mərhələlərinin tədqiqi və kibertəhlükəsizlik
məsələlərinin araşdırılması.
Magistr dissertasiyası oyunların yaradılması mərhələlərinin tədqiqinə və
kibertəhlükəsizlik məsələlərinin araşdırılmasına həsr edilmişdir.
Bu dissertasiya işinin əsas məqsədi oyunların yaradılmasında istifadə olunan
texnologiyaların işləmə prinsipi və onlara yönəlmiş kibertəhdidlərin qarşısının
alınmasına yönəlmiş məsələlərin araşdırılmasıdır.
İş 3 fəsil, 6 alt fəsildən ibardətdir.
I fəsil Kompüter oyunlarının inkişafı adlanır. Burada oyunların inkişafı
zamanı istifadə olunan texnologiyalar və bu texnologiyaların gələcəkdə hansı
istiqamətə doğru gedəcəyi haqda məlumat verilir. Bu fəsildə, oyun mühərrikləri
üzərindən müxtəlif simulyasiyalar həyata keçirilmişdir.
Magistr dissertasiyasının II fəsli oyunların qurulmasında test
mərhələlərindən bəhs edir. Bu fəsildə, oyunların qurulması zamanı istifadə olunan
optimizasiya üsulları analiz edilmiş və testlər həyata keçirilmişdir.
Magistr dissertasiyasının III fəsil Oyunların yaradılması zamanı
təhlükəsizlik məsələləri üzərindən analiz və tədqiqat aparılmışdır. Bu fəsildə
Müxtəlif şifrələmə metodları ilə oyun mühərriki daxilində olan məlumatların
şifrələnməsi həyata keçirilmişdir.
Dissertasiya işinin sonunda nəticə və təkliflər, istifadə edilmiş ədəbiyyatların
siyahısı verilmişdir.