Abstract:
Tədqiqatın ilk fəslində tormoz disklərinin yeyilməsinin öyrənilməsi və yeyilmənin
minimuma endirilməsi üçün araşdırmalar davam edir. Yeyilmənin qarşısının
alınmasında sürtünməyə və temperatura daha davamlı material seçilməli və tormoz
sistemində əsas hissələrin qorunması, yeyilməsinin minimuma endirilməsi üçün əsas
hissələrlə təmasda olan digər hissələrin doğru seçilməsi vacibdir.
İkinci fəsildə əyləc disklərinə təsir edən qüvvələrin təhlili aparılmış və bu
qüvvələrin əyləc disklərinin performansına olan təsirləri araşdırılmışdır. Burada əsas
məqsəd, əyləc disklərinin daha effektivliyini və etibarlı işləməsi üçün bu qüvvələrin
təsirini anlamaq və optimallaşdırma yollarını müəyyənləşdirmək olmuşdur.
Üçüncü fəsildə əyləc qəlibinin yeyilməsində sürtünmə parametrləri araşdırılaraq ,
Krauss test cihazında təzyiq, tempuratur, sürtünmə əmsalı kimi parametrlər tədqiq
olunmuşdur.
Müxtəlif material və dizayn kombinasyonları üzərində aparılan performans testləri
göstərdi ki, keramik disklər, ənənəvi materiallara nisbətən daha yüksək istilik
şəraitində sabit performans göstərir və istilik yayılmasını daha effektiv şəkildə idarə
edir. Həmçinin, bu disklərin aşınma dərəcəsi də əhəmiyyətli dərəcədə azdır.
Tədqiqatın 4-cü fəslində aparılmış analizlərdən aydın olur ki, diskli əyləc
mexanizminin nasaz vəziyyətə düşməsi səbəblərindən ən əsası aşınmadır. Örtük üçün
əldə edilən xarakteristikalar,elektron mikroskop görüntülərinə görə təqribən 153
qalınlığında örtük təbəqəsi əldə edildiyi, keramika örtüklü boz tökmə dəmirin sərtliyi
1250 HV dəyərinə qədər artdırdığı müəyyən olunmuşdur.
Analiz üçün ən pis, orta və optimal səviyyə mühitində reallaşdırılan sınaqlar sonrası
əldə edilən görüntülərə baxıldıqda 2D profilometr görüntülərində optimal şərait
digər mühitlərə nəzərən daha az həcm itkisi olduğu, elektron mikroskop
görüntülərində ən pis şəraitdə adheziv, optimum şəraitdə isə səth boyunca abrasiv
aşınma, 3D topoqrafiyya görüntülərində isə ən pis şəraitdə hamarlıq həcminə bağlı
45
olaraq səthin nizamsız olduğu amma ən yaxşı şəraitdə hamarlığın minumum
səviyyədə olduğu qənaətinə gəlinmişdir.
Yekun olaraq keramika örtüklü nümunənin örtüksüz nümunəyə nəzərən aşınma və
korroziyaya qarşı daha davamlı olduğu müəyyən edilmiş və yaxşı iqtisadi səmərə
əldə etməyin mümkünlüyü araşdırılmışdır.
Bütün bunları ümumiləşdirsək bu dissertasiya işi nəticəsində, disk-qəlib-əyləc
sisteminin keyfiyyətinin artırılması üçün müvafiq tədbirlər görülərək, həll
metodlarının inteqrasiyası və optimallaşdırılması yollarını analiz edərək sənaye
tətbiqlərində əhəmiyyətli təkmilləşdirmələrə nail oluna biləcəyini göstərmək olar.