dc.contributor.author | Nayibzadə, Toğrul | |
dc.contributor.author | Xudeynatov, Seyfəddin | |
dc.contributor.author | Ağayev, Hüseynağa | |
dc.contributor.author | Seyidov, Lətif | |
dc.date.accessioned | 2024-09-06T07:24:43Z | |
dc.date.available | 2024-09-06T07:24:43Z | |
dc.date.issued | 2024-07-03 | |
dc.identifier.uri | http://hdl.handle.net/123456789/390 | |
dc.description.abstract | Tədqiqatın ilk fəslində tormoz disklərinin yeyilməsinin öyrənilməsi və yeyilmənin minimuma endirilməsi üçün araşdırmalar davam edir. Yeyilmənin qarşısının alınmasında sürtünməyə və temperatura daha davamlı material seçilməli və tormoz sistemində əsas hissələrin qorunması, yeyilməsinin minimuma endirilməsi üçün əsas hissələrlə təmasda olan digər hissələrin doğru seçilməsi vacibdir. İkinci fəsildə əyləc disklərinə təsir edən qüvvələrin təhlili aparılmış və bu qüvvələrin əyləc disklərinin performansına olan təsirləri araşdırılmışdır. Burada əsas məqsəd, əyləc disklərinin daha effektivliyini və etibarlı işləməsi üçün bu qüvvələrin təsirini anlamaq və optimallaşdırma yollarını müəyyənləşdirmək olmuşdur. Üçüncü fəsildə əyləc qəlibinin yeyilməsində sürtünmə parametrləri araşdırılaraq , Krauss test cihazında təzyiq, tempuratur, sürtünmə əmsalı kimi parametrlər tədqiq olunmuşdur. Müxtəlif material və dizayn kombinasyonları üzərində aparılan performans testləri göstərdi ki, keramik disklər, ənənəvi materiallara nisbətən daha yüksək istilik şəraitində sabit performans göstərir və istilik yayılmasını daha effektiv şəkildə idarə edir. Həmçinin, bu disklərin aşınma dərəcəsi də əhəmiyyətli dərəcədə azdır. Tədqiqatın 4-cü fəslində aparılmış analizlərdən aydın olur ki, diskli əyləc mexanizminin nasaz vəziyyətə düşməsi səbəblərindən ən əsası aşınmadır. Örtük üçün əldə edilən xarakteristikalar,elektron mikroskop görüntülərinə görə təqribən 153 qalınlığında örtük təbəqəsi əldə edildiyi, keramika örtüklü boz tökmə dəmirin sərtliyi 1250 HV dəyərinə qədər artdırdığı müəyyən olunmuşdur. Analiz üçün ən pis, orta və optimal səviyyə mühitində reallaşdırılan sınaqlar sonrası əldə edilən görüntülərə baxıldıqda 2D profilometr görüntülərində optimal şərait digər mühitlərə nəzərən daha az həcm itkisi olduğu, elektron mikroskop görüntülərində ən pis şəraitdə adheziv, optimum şəraitdə isə səth boyunca abrasiv aşınma, 3D topoqrafiyya görüntülərində isə ən pis şəraitdə hamarlıq həcminə bağlı 45 olaraq səthin nizamsız olduğu amma ən yaxşı şəraitdə hamarlığın minumum səviyyədə olduğu qənaətinə gəlinmişdir. Yekun olaraq keramika örtüklü nümunənin örtüksüz nümunəyə nəzərən aşınma və korroziyaya qarşı daha davamlı olduğu müəyyən edilmiş və yaxşı iqtisadi səmərə əldə etməyin mümkünlüyü araşdırılmışdır. Bütün bunları ümumiləşdirsək bu dissertasiya işi nəticəsində, disk-qəlib-əyləc sisteminin keyfiyyətinin artırılması üçün müvafiq tədbirlər görülərək, həll metodlarının inteqrasiyası və optimallaşdırılması yollarını analiz edərək sənaye tətbiqlərində əhəmiyyətli təkmilləşdirmələrə nail oluna biləcəyini göstərmək olar. | en_US |
dc.language.iso | en | en_US |
dc.rights | Attribution-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nd/3.0/us/ | * |
dc.subject | Əyləc sistemi | en_US |
dc.subject | Əyləc sisteminin təmiri | en_US |
dc.subject | Disk və qəlibə təsir edən qüvvələr | en_US |
dc.subject | Əyləcləmənin təsirinin effektliyinin qiymətləndirilməsi | en_US |
dc.title | DİSK-QƏLİB-ƏYLƏC SİSTEMİNDƏ SÜRTÜNMƏ PARAMETRLƏRİNİN HESABTININ APARILMASI | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: