Abstract:
Magistrlik dissertasiyasında Bakı şəhəri Yasamal rayonunun yol şəbəkəsində
parkinqin təşkili yolları və üsulları təhlil edilmişdir. Bakı şəhərində parkinqin
təşkili, yol hərəkəti təhlükəsizliyinin və yol şəbəkəsinin imkanlarının artırılması
üçün şəraitin təmin edilməsi üçün tövsiyələr hazırlanmışdır.
Qeyd edək ki, əhalinin həyat keyfiyyətinin və səviyyəsinin təmin
edilməsində yol hərəkəti təhlükəsizliyinin vacibliyi, dövlətin demoqrafik
siyasətinin uğurları və vətəndaşların həyat və sağlamlığının qorunması, eləcə də
ölkə yollarında mövcud vəziyyət avtomobil yollarında yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsinin vacibliyini və spesifik xarakterini təsdiqləyir.
Dövlət orqanlarının yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində
səmərəliliyinin artırılmasının növbəti istiqaməti müasir informasiya
texnologiyalarından nəqliyyatın hərəkətinin tənzimlənməsi, ünsiyyətin qurulması
və lazımi məlumatların əldə edilməsi, istiqamətlərin və sürətlərin tənzimlənməsi və
s.dir.
Küçə yol şəbəkəsinin qəza statistikası və nəqliyyatın intensivliyi kimi
bölmələrindən birinin təhlili əsasında hərəkətin təhlükəsizliyini təmin etmək
imkanı ilə Mətbuat prospekti ilə Abbas Mirzə Şərifzadə küçəsinin kəsişmə
qabiliyyətinin artırılması üçün tədbirlər təklif olunub. Məsələn, nəqliyyat
vasitələrinin və piyadaların sayı, eləcə də bu kəsişmə ərazisində parklanma
yerlərini artırmaq üçün nəqliyyatın idarə edilməsi sxemlərinin dəyişdirilməsi
imkanı. Bu, kəsişmədə gecikmə müddətini azaldacaq və Bakı şəhərində tədqiq
olunan küçədə parkinqin rahatlığını artıracaqdır. Təklif olunan tədbirlər, yəni
işıqforun idarəetmə dövrü dəyişdirilməklə kəsişmənin həndəsi parametrlərinin
dəyişdirilməsi, yeraltı piyada keçidi ilə piyadaların hərəkətinin təşkili və əlavə
parklanma yerlərinin təşkili layihələndirilən ərazidə nəqliyyatın hərəkəti
vəziyyətini xeyli yaxşılaşdırır. Məhsuldarlıq təxminən 30% artır və yol qəzalarının
sayı azalır. Layihələndirilmiş marşrutlarda avtomobillərin gecikməsindən yaranan
itkilər də xeyli azalır. Ümumiyyətlə, magistr işi hər cəhətdən səmərəli hesab
edilməlidir.