Abstract:
Real istismar şəraitlərində tormozlama edən zaman nəqliyyat vasitələrnin aktiv
təhlükəsizliklərinin azalmasına təsir göstərən amillər müəyyən olunmuşdur ki, bunlar
yol, hava və iqlim şəraitlərindən asılı olaraq, həmçinin eyni zamanda da avtomobilin
texniki vəziyyətlərindən və konstruksiyalarından, avtomobilin dizayn
xüsusiyətlərindən asılı olaraq qruplara ayrılırlar. Nəqliyyat vasitələrnin əyləc
sistemlərinin dizaynlarının mükəmməl səviyyədə olmaması fərqli əyləc səmərəliyinə
səbəb ola bilir. Belə vəziyyət sadəcə nəqliyyat vasitələrnin performanslarını azaltmır,
eyni zamanda da yol-nəqliyyat hadisələrinin sayının da artmasına səbəb ola bilir.
Avtomobillərin tormoz qüvvələrnin paylanılmasının optimallaşdırılmağı
nəqliyyat vasitələrnin kütlə mərkəzi parametrlərnin paylanmalarının statistiki təhliliylə
başlamalı və bunun da əsasında optimal bir yapışma əmsalını müəyyən etmək
lazımdır.
Nəqliyyat vasitələrnin aktiv təhlükəsizliynin artırılması, əyləc qüvvələrnin
paylanması və tənzimlənilməsinin optimallaşdırılmağına əsaslanan əyləc
xüsusiyətlərinin bir kateqoriya içərisində yaxınlaşdırılması sayəsində əldə olunur. Bu
problemlərin həllinə görə ən perspektivli istiqamət isə bərabər səmərəli əyləc
sistemlərnin dizaynıdır.
Tormoz qüvvələrinin dəyişməsi isə əyləc zamanı sabitlik itkisiylə arxa ox
təkərlərnin ilkin bloklanmağına gətirib çıxardığı üçün, nəqliyyat vasitələrnin
diaqnostikası zamanında onların əyləc qüvvələrinin paylanmasına nəzarət etmək
lazımdır.
Nəqliyyat vasitələrnin aktiv təhlükəsizliklərini yaxşılaşdırmağa görə
aşağıdakılar lazımdır:
- Tormoz mexanizmlərnin, habelə nəqliyyat vasitələrnin aktiv təhlükəsizliyinə
təsir göstərən amillərin seçimləri ilə bağlı tədqiqatları daha da dərinləşdirmək;
- Yeni hazırlanan standartlarda əyləc sistemlərnin daha da yaxşılaşdırılmasına
stimul ola biləcək həm kateqoriyalar daxilində, həmçinin də kateqoriyalar arasında da
bərabər əyləc performanslarına aid tələblər daxil olunmalıdır.