Abstract:
Belə bir proqramın hər hansı bir müəssisəyə tətbiq olunması prosesi o qədər də
sadə deyil, çünki park yerlərinin girişində məhdudiyyətlər qoyulur. Proqrama
inteqrasiya olunması üçün bunlar elektron olmalıdırlar. Bu məhdudiyyətlərə görə
proqramlar hər müəssisəyə uyğunlaşdırılmalıdır. Məsələn, elektron bir
məhdudlaşdırıcının açılması “NFC” ilə ola bilər. Bunun üçün hər bir sifarişə əlavələr
olunmalıdır. Bu əlavələr isə həmin məhdudlaşdırıcının istehsalçısı tərəfindən verilən
inteqrasiya sənədlərinə əsasən edilməlidir.
Amma park aparatları vasitəsilə elektronlaşdırılmış və insan amili olmadan
işləyən yerlər var. Bu kimi yerlərə mobil aplikasiyanı əlavə etmək daha asandır.
Məsələn yaradılan aplikasiyada sifarişin ödənişi yoxdur, yəni pulu almaq üçün
insan faktoru olmalıdır. Bunun da sadə çözümü var. Bunun üçün hazırda məşhur olan
ödəniş sistemləri ilə müqavilə bağlanır və onlara hesab nömrəsi verilir, onlar isə bizə
link verirlər. İstifadəçi bu linkə kliklədikdə səhifə ödəniş səhifəsi açılır. Daha sonra
ödəməni yerinə yetirdikdən sonra isə yöndəndirildiyi link bizə ödənişin statusu ilə
bağlı məlumat qaytarır. Belə ödəniş sistemlərini banklardan və ya “Pulpa” kimi
provayderlərdən almaq olar. Bu ödəniş sistemlərinin qazancı isə hər ödənişdən
tutulan faizlərdən ibarətdir.
Hazırki proqram parklamaya aid əsas işləri görə bilir. Belə ki, sifarişləri alır,
köhnə sifarişləri göstərir, boş yerləri göstərir, amma bunun dizaynı daha yaxşı
düzəldilə bilər. Bunun üçün dizayn şirkətləri ilə müqavilə bağlamaq və onlardan
parklama proqramına uyğun dizayn tələb etmək lazımdır. Bunun nəticəsində proqram
interfeysi isitfadəçini cəlb edə bilər.
Biz bu aplikasiyanı parklama şirkətlərinə satdıqda onlardan ilkin olaraq
müəyyən bir məbləğ tələb edirik, daha sonra isə servis üçün müqavilə bağlanır. Bizim
bundan əlavə gəlir əldə etmək imkanımız da var. Bu, reklam imkanıdır, “Google”-
dan “developer” hesabı alaraq proqrama “Google Admob” vasitəsilə reklamlar
yerləşdirə bilərik. Reklamlar düzgün idarə edildikdə istifadəçilər ondan narahat
olmayacaq və bizim üçün heç bir problem yaranmayacaq.
Parklama proqramındakı funksiyalar bir çox sifariş tələb edən bizneslərə
uyğundur. Tələbdən asılı olaraq bu proqram dəyişdirilərək müxtəlif işlərə
uyğunlaşdırıla bilər.Məsələn, proqrama elə funksiyalar əlavə edə bilərik ki rezerv
olunan parkinq sahəsində heç bir avtomobil park edə bilməsin. Bunu insan faktoru ilə
həll etmək olar. Əgər yer rezerv olursa işçi proqramda rezervi görür və rezerv
olunmuş sahəyə rezerv xəbərdarlığı edən nişan qoyur. Və digər avtomobil həmin
sahəni boş görmür.
Bu proqramda digər proqramlardan fərqli olaraq proqramı satın almış şirkətin
istəyinə görə təhlükəsizlik kamerasına giriş əlçatan ola bilər. Müştəri öz avtomobilini
çəkən kameraya giriş əldə bilər.