AzTU Digital Repository

C# PROQRAMLAŞDIRMA DİLDƏ “PARKİNG” TƏTBİQİNİN YARADILMASI

Show simple item record

dc.contributor.author Abdullayeva, Vüsalə
dc.contributor.author Ağazadə, Nurlan
dc.date.accessioned 2024-09-06T09:16:12Z
dc.date.available 2024-09-06T09:16:12Z
dc.date.issued 2024-07-04
dc.identifier.uri http://hdl.handle.net/123456789/397
dc.description.abstract Belə bir proqramın hər hansı bir müəssisəyə tətbiq olunması prosesi o qədər də sadə deyil, çünki park yerlərinin girişində məhdudiyyətlər qoyulur. Proqrama inteqrasiya olunması üçün bunlar elektron olmalıdırlar. Bu məhdudiyyətlərə görə proqramlar hər müəssisəyə uyğunlaşdırılmalıdır. Məsələn, elektron bir məhdudlaşdırıcının açılması “NFC” ilə ola bilər. Bunun üçün hər bir sifarişə əlavələr olunmalıdır. Bu əlavələr isə həmin məhdudlaşdırıcının istehsalçısı tərəfindən verilən inteqrasiya sənədlərinə əsasən edilməlidir. Amma park aparatları vasitəsilə elektronlaşdırılmış və insan amili olmadan işləyən yerlər var. Bu kimi yerlərə mobil aplikasiyanı əlavə etmək daha asandır. Məsələn yaradılan aplikasiyada sifarişin ödənişi yoxdur, yəni pulu almaq üçün insan faktoru olmalıdır. Bunun da sadə çözümü var. Bunun üçün hazırda məşhur olan ödəniş sistemləri ilə müqavilə bağlanır və onlara hesab nömrəsi verilir, onlar isə bizə link verirlər. İstifadəçi bu linkə kliklədikdə səhifə ödəniş səhifəsi açılır. Daha sonra ödəməni yerinə yetirdikdən sonra isə yöndəndirildiyi link bizə ödənişin statusu ilə bağlı məlumat qaytarır. Belə ödəniş sistemlərini banklardan və ya “Pulpa” kimi provayderlərdən almaq olar. Bu ödəniş sistemlərinin qazancı isə hər ödənişdən tutulan faizlərdən ibarətdir. Hazırki proqram parklamaya aid əsas işləri görə bilir. Belə ki, sifarişləri alır, köhnə sifarişləri göstərir, boş yerləri göstərir, amma bunun dizaynı daha yaxşı düzəldilə bilər. Bunun üçün dizayn şirkətləri ilə müqavilə bağlamaq və onlardan parklama proqramına uyğun dizayn tələb etmək lazımdır. Bunun nəticəsində proqram interfeysi isitfadəçini cəlb edə bilər. Biz bu aplikasiyanı parklama şirkətlərinə satdıqda onlardan ilkin olaraq müəyyən bir məbləğ tələb edirik, daha sonra isə servis üçün müqavilə bağlanır. Bizim bundan əlavə gəlir əldə etmək imkanımız da var. Bu, reklam imkanıdır, “Google”- dan “developer” hesabı alaraq proqrama “Google Admob” vasitəsilə reklamlar yerləşdirə bilərik. Reklamlar düzgün idarə edildikdə istifadəçilər ondan narahat olmayacaq və bizim üçün heç bir problem yaranmayacaq. Parklama proqramındakı funksiyalar bir çox sifariş tələb edən bizneslərə uyğundur. Tələbdən asılı olaraq bu proqram dəyişdirilərək müxtəlif işlərə uyğunlaşdırıla bilər.Məsələn, proqrama elə funksiyalar əlavə edə bilərik ki rezerv olunan parkinq sahəsində heç bir avtomobil park edə bilməsin. Bunu insan faktoru ilə həll etmək olar. Əgər yer rezerv olursa işçi proqramda rezervi görür və rezerv olunmuş sahəyə rezerv xəbərdarlığı edən nişan qoyur. Və digər avtomobil həmin sahəni boş görmür. Bu proqramda digər proqramlardan fərqli olaraq proqramı satın almış şirkətin istəyinə görə təhlükəsizlik kamerasına giriş əlçatan ola bilər. Müştəri öz avtomobilini çəkən kameraya giriş əldə bilər. en_US
dc.language.iso en en_US
dc.rights Attribution-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nd/3.0/us/ *
dc.subject Verilənlər bazasının yaradılması en_US
dc.subject “DataAccess”-in yaradılması en_US
dc.subject “Web Api”-in yaradılması en_US
dc.title C# PROQRAMLAŞDIRMA DİLDƏ “PARKİNG” TƏTBİQİNİN YARADILMASI en_US
dc.type Thesis en_US
dcterms.accessRights Yalnız kitabxana daxilində AzTU ictimaiyyətinin istifadəsinə icazə verilə bilər.


Files in this item

Files Size Format View

There are no files associated with this item.

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NoDerivs 3.0 United States

Search DSpace


Advanced Search

Browse

My Account