Abstract:
Tədqiqatın əsas məqsədi Bakı şəhərində mövcud olan
taksi fəaliyyətində problemlərin həll edilməsi, o cümlədən sürücülərin
marifləndirilməsi, sərnişin tələbinə riayət edilməsi, xüsusilə pik saatlarında şəhərin
gündəlik həyat ahənginə mənfi təsir göstərən tıxaclarda səmərəli üsulların seçilməsi,
ümumilikdə paytaxtın nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil
edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməsi üçün dünyada
müasir sistem və metodologiyalar olaraq qəbul edilən təkliflər və həll yollarının
müəyyənləşdirilməsi təşkil edir. Bu məqsədlərə nail olunması üçün bir sıra müasir
təkliflər hazırlanaraq, onların üstünlükləri izah edilmiş və tətbiqinin zəruriliyi
əsaslandırılmışdır.
Eyni zamanda, bu sahədə əldə olunmuş müsbət nəticələrin effektivliyinin
artırılması, nəqliyyatın hərəkətinin tənzimlənməsi, sərnişin daşıma marşrutlarının
optimallaşdırılması və idarə olunmasının müasir tələblərə uyğun qurulması,
ümumilikdə ən müasir texnologiyalar tətbiq etməklə taksi fəaliyyətinin
təkmilləşdirilməsini təmin edəcək konkret, real və faktiki şəraitə uyğun həll yolları
irəli sürülmüşdür.
Həmçinin, Dissertasiya işinin əsas məqsədi taksi fəaliyyətinə artan sərnişin
tələbatının təmin edilməsi, dayanıqlı nəqliyyat sisteminin yaradılması, taksi
fəaliyyətilə sərnişindaşıma ehtiyaclarının təmin olunması, şəhərin sərnişindaşıma
potensialının artırılması, nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması, sərnişin
daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə ölkənin yüksək sosial-iqtisadi
inkişafının təmin olunmasından ibarətdir.