Abstract:
Dissertasiya işində İoT texnologiyasının səhiyyə sahəsində tətbiqi, sağlamlıq
monitorinq nümunələri, xəstələr xəstəxanalar və tibb işçiləri üçün hansı nəticələrə malik
olduğu araşdırılmışdır. Sağlamlığın uzaqdan monitorinqi, səhiyyədə İoT-nin izlədiyi
proseslər, üstünlükləri, səhiyyəyə hansı istiqamətlərdə təsir etdiyi məsələlərinə
baxılmışdır. Baxılan məsələlərdə İoT-dən istifadənin faydaları, cihazların tibbi xidmətin
keyfiyyətini artırması, bu texnologiyanın səhiyyədə tətbiqinin xəstələrin sağlamlığına
necə köməklik göstərdiyi, səhiyyə sistemində işçilərin məhsuldarlığını yüksəltdiyi
məsələlər aydın olmuşdur.
Həmçinin səhiyyə sahəsində istifadə olunan sensorlardan, onların təsnifatı və
xüsusiyyətlərindən, sensorların səhiyyə sahəsində yenilikləri araşdırılmışdır.
Araşdırmalar nəticəsində tibbdə istifadə olunan sensorlar sayəsində daha tez və dəqiq
məlumatları əldə etmək, xəstəliklərin erkən aşkarlanması, lazım gəldikdə tibb işçilərinin
xəstəyə uzadan müdaxilə etməsi kimi məsələlər aydın olmuşdur.
Bundan əlavə olaraq biz sağlamlıq monitorinq sistemində təhlükəsizlik
məsələsinə toxunmuşuq. Fiziki və məlumat təhlükəsizliyində hansı təhlükələr var və
onlara qarşı hansı təhlükəsizlik tədbidlərini görmüşük onları qeyd etmişik. Əlavə olaraq
hazırladığımız praktiki işdə biz real təhlükələrdən biri olan fişinq üsulunu tətbiq
etmişik.
İoT ilə əldə edilmiş tibbi verilənlərin təhlili üçün müasir həll üsulları
araşdırılmışdır. Kənar və bulud hesablamaların birgə istifadəsilə real vaxt rejimində
effektiv təhlil üsulu təklif olunmuşdur ki, bu da xərclərin və sürətin artırılmasında böyük
əhəmiyyət daşıyır. ML alqoritmlərinin İoT verilənlərinə necə tətbiq olunacağı
araşdırılmışdır. Super vektor maşını alqoritmi ilə tibbi məlumat anomaliyanın aşkar
olunması üçün təhlil edilmişdir.