Abstract:
Dissertasiya işində qarşıya qoyulmuş məqsədə müvafiq olaraq Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarına 2026-cı ilədək köçürüləcək əhalinin
bacarıqlarının inkişafı və yeni iş yerlərinin yaradılması məsələləri tədqiq edilmişdir.
Tədqiqat işində gəlinən əsas nəticələr Böyük Qayıdışa dair I Dövlət Proqramı, eləcə
də rəsmi informasiya mənbələrinə tədqiq edilməsinə əsaslanır. Bütövlükdə tədqiqat
işinin yerinə yetirilməsi aşağıdakı nəticələrə gəlməyə əsas verir:
1. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əsasən 3 istiqamətdə aktiv
işçi qüvvəsi tələb edən sahələr var. Bunlar, təhsil, səhiyyə, kommunal,
nəqliyyat və rabitə və s. kimi dövlət sektoru, tikinti və infrastruktur təminatı
ilə bağlı fəaliyyət göstərən sektorların və məhsul və xidmət istehsalı ilə
məşğul özəl sektorun işçi qüvvəsinə tələbidir.
2. Hər iki iqtisadi rayon üzrə 2026-cı ilədək köçürüləcək 140 min əhaliyə
müvafiq olaraq, Qarabağ iqtisadi rayonunda 80 nəfər həkim, 279 nəfər tibb
işçisi, həmçinin məktəbəqədər təhsildə 128 nəfər pedoqoji heyət, əyani
ümumi təhsildə isə 915 nəfər müəllim tələb olunacağı müəyyən edilmişdir.
Analoji təhlil Şərqi Zəngəzur iqtisadi rayonunda 2026-cı ilədək 38 nəfər
həkimə, 125 nəfər orta tibb işçisinə, məktəbəqədər təhsildə 56 nəfər
pedoqoji işçiyə, əyani ümumi təhsildə isə 977 nəfər müəllimə tələb
yaranacağı nəticəsinə gəlməyə əsas vermişdir.
49
3. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 2026-cı ilədək köçürüləcək
əhalinin bacarıqlarının artırılması istiqamətləri müəyyən edilmiş, eyni
zamanda bacarıqların artırılması üzrə konkret proqram təklif edilmişdir.
4. Dissertasiya işində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni iş
yaerlərinn yaradılması istiqamətində kənd təsərrüfatı, turizm, kiçik və orta
biznesin dəstəklənməsi, təhsil, səhiyyə, kommunal xidmətlər, nəqliyyat və
rabitə sahələrini əhatə edən konkret təkliflər verilmişdir.