dc.contributor.author | Məmmədova, Səkinə | |
dc.contributor.author | Məcidova, Ayan | |
dc.contributor.author | Hənifəyeva, Gültəkin | |
dc.contributor.author | Eyvazov, Murad | |
dc.contributor.author | Quliyev, Fərid | |
dc.date.accessioned | 2024-09-09T08:29:55Z | |
dc.date.available | 2024-09-09T08:29:55Z | |
dc.date.issued | 2024-07-01 | |
dc.identifier.uri | http://hdl.handle.net/123456789/413 | |
dc.description.abstract | Dissertasiya işində qarşıya qoyulmuş məqsədə müvafiq olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 2026-cı ilədək köçürüləcək əhalinin bacarıqlarının inkişafı və yeni iş yerlərinin yaradılması məsələləri tədqiq edilmişdir. Tədqiqat işində gəlinən əsas nəticələr Böyük Qayıdışa dair I Dövlət Proqramı, eləcə də rəsmi informasiya mənbələrinə tədqiq edilməsinə əsaslanır. Bütövlükdə tədqiqat işinin yerinə yetirilməsi aşağıdakı nəticələrə gəlməyə əsas verir: 1. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əsasən 3 istiqamətdə aktiv işçi qüvvəsi tələb edən sahələr var. Bunlar, təhsil, səhiyyə, kommunal, nəqliyyat və rabitə və s. kimi dövlət sektoru, tikinti və infrastruktur təminatı ilə bağlı fəaliyyət göstərən sektorların və məhsul və xidmət istehsalı ilə məşğul özəl sektorun işçi qüvvəsinə tələbidir. 2. Hər iki iqtisadi rayon üzrə 2026-cı ilədək köçürüləcək 140 min əhaliyə müvafiq olaraq, Qarabağ iqtisadi rayonunda 80 nəfər həkim, 279 nəfər tibb işçisi, həmçinin məktəbəqədər təhsildə 128 nəfər pedoqoji heyət, əyani ümumi təhsildə isə 915 nəfər müəllim tələb olunacağı müəyyən edilmişdir. Analoji təhlil Şərqi Zəngəzur iqtisadi rayonunda 2026-cı ilədək 38 nəfər həkimə, 125 nəfər orta tibb işçisinə, məktəbəqədər təhsildə 56 nəfər pedoqoji işçiyə, əyani ümumi təhsildə isə 977 nəfər müəllimə tələb yaranacağı nəticəsinə gəlməyə əsas vermişdir. 49 3. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 2026-cı ilədək köçürüləcək əhalinin bacarıqlarının artırılması istiqamətləri müəyyən edilmiş, eyni zamanda bacarıqların artırılması üzrə konkret proqram təklif edilmişdir. 4. Dissertasiya işində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni iş yaerlərinn yaradılması istiqamətində kənd təsərrüfatı, turizm, kiçik və orta biznesin dəstəklənməsi, təhsil, səhiyyə, kommunal xidmətlər, nəqliyyat və rabitə sahələrini əhatə edən konkret təkliflər verilmişdir. | en_US |
dc.language.iso | en | en_US |
dc.rights | Attribution-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nd/3.0/us/ | * |
dc.subject | Post - konflikt ərazilərdə əhalinin yerləşdirilməsi təcrübələri | en_US |
dc.subject | Post - konflikt ərazilərdə əhalinin məşğulluğunun təşkili təcrübələri | en_US |
dc.subject | Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məşğulluğun təmin olunmasında peşə hazırlığının rolu | en_US |
dc.subject | Qarabağ və Şərqi Zəngəzurda yeni iş yerlərinin yaradılması istiqamətində təkliflərin verilməsi | en_US |
dc.title | Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 2026-cı ilədək köçürüləcək əhalinin bacarıqlarının inkişafı və yeni iş yerlərinin yaradılması | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: