dc.contributor.author | Salihova, Mənsurə | |
dc.contributor.author | İbrahimova, Zeynəb | |
dc.contributor.author | Göyüşov, Mikayıl | |
dc.contributor.author | Əjdərov, Əziz | |
dc.contributor.author | Cəbrayılov, Elvin | |
dc.date.accessioned | 2024-09-09T09:57:03Z | |
dc.date.available | 2024-09-09T09:57:03Z | |
dc.date.issued | 2024-07-03 | |
dc.identifier.uri | http://hdl.handle.net/123456789/418 | |
dc.description.abstract | Yekun olaraq onu qeyd edək ki, istehlakçı davranışının başa düşülməsi marketinq strategiyalarının inkişafında həlledici rol oynayır. Alınan nəticələrə nəzər yetirək: 1. Dissertasiya işində, istehlakçı davranışının insanların nə aldıqları, nə üçün aldıqları, nə vaxt aldıqları və ondan necə istifadə etdikləri ilə bağlı necə qərar qəbul etdikləri ətraflı şəkildə analiz edilmişdir. Bu davranışların öyrənilməsi müəssisələrə məlumatlı qərarlar qəbul etmək və məhsul və xidmətlərini hədəf auditoriyasının ehtiyaclarına uyğunlaşdırmaq üçün əvəzolunmazdır. İstehlakçıların seçimlərini təsir edən amillər, motivasiyaları və qavrayışları başa düşərək müəssisələr daha effektiv marketinq strategiyaları hazırlaya bilərlər. Bazar araşdırmasının istehlakçı davranışı ilə əlaqəsi: 2. Bazar araşdırması ilə istehlakçı davranışı arasındakı əlaqə dissertasiya işində ətraflı şəkildə təhlil edilmişdir. Bazar araşdırması müəssisələrə istehlakçıların seçimləri, davranışları və münasibətləri haqqında dəyərli məlumatlar təqdim edir. Sorğular, fokus qruplar, müsahibələr və məlumatların təhlili kimi müxtəlif tədqiqat metodlarından istifadə edərək, müəssisələr məhsulun inkişafı, qiymətqoyma, marketinq və paylama strategiyaları haqqında əsaslandırılmış qərarlar qəbul edə bilərlər. Bu araşdırmalar, həmçinin müəssisələrə potensial problemləri və onların aradan qaldırılması üçün həll yollarını inkişaf etdirməyə kömək edir. Tələb və təklif dinamikasının bazar davranışlarına təsiri: 3. Tələb və təklif bazarların dinamikasını müəyyən edən fundamental anlayışlardır. Tələb, istehlakçıların müəyyən bir müddət ərzində müxtəlif qiymətlərlə almaq istədikləri və əldə edə bildikləri mal və xidmətin miqdarına aiddir. Təklif isə, istehsalçıların müəyyən dövr ərzində müxtəlif qiymətlərlə satışa təqdim etmək istədikləri və edə bildikləri mal və xidmətin miqdarını əks etdirir. Dissertasiya işində bu dinamikaların təhlili göstərir ki, tələb və təklifin qarşılıqlı təsiri bazar tarazlığını 97 müəyyən edir və qiymət mexanizmi vasitəsilə bazarlar resursları səmərəli şəkildə bölüşdürür. İstehlakçı davranışına təsir edən amillər: 4. İstehlakçı davranışına şəxsi üstünlüklər, mədəni dəyərlər, sosial təsirlər və iqtisadi amillər kimi müxtəlif amillər təsir göstərir. Qavrama, motivasiya, münasibətlər və inanclar, öyrənmə və yaddaş kimi psixoloji amillər; mədəniyyət, sosial sinif, istinad qrupları və sosial media kimi sosial amillər; yaş, cins, gəlir, peşə və ailənin ölçüsü kimi demoqrafik amillər; gəlir səviyyəsi, qiymət və dəyər kimi iqtisadi amillər istehlakçıların qərar qəbul etmə proseslərinə təsir göstərir. Bazar araşdırması və istehlakçı hüququ: 5. Dissertasiya işində bazar araşdırması ilə istehlakçı hüququ arasındakı əlaqə də araşdırılmışdır. Bazar araşdırması istehlakçıların ehtiyaclarını və istəklərini anlamaqla müəssisələrə məhsul və xidmətlərini daha effektiv şəkildə təqdim etməyə imkan verir. Eyni zamanda, bazar araşdırması istehlakçı hüquqlarının qorunmasına da kömək edir. Gəlir səviyyələri, moda dəbi və demoqrafik amillər kimi təsirlərin istehlakçı hüquqlarına təsiri göstərilmişdir. | en_US |
dc.language.iso | en | en_US |
dc.rights | Attribution-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nd/3.0/us/ | * |
dc.subject | Bazar mühütinin tədqiqi | en_US |
dc.subject | Antiinhisar və istehlakçı hüquqları | en_US |
dc.subject | İnformasiya və kommunikasiya məlumatlarının istehlakçıya ötürülməsi | en_US |
dc.subject | İnnovasiya və texnologiyaların istehlakçılara təsiri | en_US |
dc.title | İstehlakçı davranışının şəbəkə strukturunun işlənməsi | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: