Abstract:
1. Optimal həndəsi parametrləri təyin etmək üçün üçmərtəbəli yaşayış binasının fasad
fraqmentinin nümunəsində ANSYS proqram paketindən istifadə etməklə parametrik model
yaradılmışdır.
2. Müxtəlif iqlim şəraiti üçün parametrlərin seçilməsinə imkan verən panelin istilik
izolyasiya təbəqələrinin və ventilyasiya olunan (havalandırılan) hava boşluğunun
qalınlıqlarının təyin edilməsi üçün metodika işlənib hazırlanmışdır.
3. Müxtəlif iqlimdə çoxqatlı fasad panelindən istifadənin effektivliyinin
qiymətləndirilməsini həyata keçirməyə imkan verən müxtəlif xarici amillərin təsiri zamanı
panelin termiki müqavimətinin təyin edilməsi üçün metodika işlənib hazırlanmışdır.
4. Çoxqatlı fasad panelinin ventilyasiya olunan (havalandırılan) boşluğuna girişdə tələb
olunan hava mübadiləsi dəfəliyi və müxtəlif ətraf mühit temperaturları üçün “isti
döşəmə”nin xüsusi gücü təyin edilmişdir.