Abstract:
Sonda yazılan kod vasitəsilə proqnozlaşdırılmış ÜOMG içərisində akademik
göstəricisi 65-dən kiçik olan tələbələrin id nömrələri müəyyən olunmuş və beləliklə
id nömrələrə uyğun olaraq risk qrupunda olan tələbələrin siyahısı əldə olunmuşdur.
Dissertasiyada seçilmiş məsələnin əhəmiyyəti araşdırılmış və həlli üçün model
qurulmuşdur. Tələbənin akademik performansını və ya nailiyyətini proqnozlaşdırmaq
tələbə akademik performans böhranını aradan qaldırmaq üçün vacib bir anlayışdır.
Tələbələrin akademik müvəffəqiyyətini proqnozlaşdırmaq üçün modelin
qurulmasında maşın öyrənməsinin müxtəlif reqressiya modellərindən istifadə
edilmişdir. Modelin qurulmasının və tətbiqinin nəticəsi odur ki, o, pedaqoqlara bəzi
sahələrdə çatışmazlıqları aşkar etməyə kömək edə bilər və zəif akademik
göstəricilərə sahib tələbələrin erkən aşkarlanmasına imkan verməklə, müəllimlərə
əsaslandırılmış qərarlar qəbul etmək və nəticədə tələbələrin akademik nailiyyətlərini
və öyrənmə proseslərini təkmilləşdirməyə imkan verə bilər. Dissertasiya işi ilə bağlı
təkliflər isə ondan ibarətdirki, modelə gələcəkdə daha çox məlumatlar daxil edilərək
daha yaxşı öyrədilə və beləliklə daha dəqiq nəticələr əldə edə bilərik. Çünki maşın
öyrənməsi nə qədər çox nümunə ilə tanış olub həmin datalar əsasında öyrədilirsə,
qazanmış olduğu təcrübə o qədər çox olur və verilənlər arasında qanunauyğunluqları
hətta gizli əlaqələri müəyyən edərək daha dəqiq nəticələr verə bilir. Eyni zamanda
model tələbələr haqqında məlumatların saxlanılması üçün istifadə olunan sistemlərə
inteqrasiya edilərək daha da təkminləşdirilə bilər.