Abstract:
Diplom işi təhdid mühitinin dinamik xarakterini və təşkilatların qarşılaşdığı
kibertəhdidlərin artan mürəkkəbliyini araşdırır. Bu təhdidlərin aradan qaldırılmasında
kibertəhdid kəşfiyyatı olan CTI-ın əhəmiyyəti vurğulanır və mövzu barəsində olan
mövcud tədqiqatları qiymətləndirir. Açıq mənbə təhdid kəşfiyyatının əhəmiyyətini
vurğulanaraq, CTI-ın növləri, proses mərhələləri, standartları və platformaları daxil
olmaqla, bir çox aspektlər araşdırılır.
Bundan əlavə, araşdırma təhdid məlumatlarının səmərəli şəkildə toplanması üçün
təşkilatlar, əsasən kiçik və orta müəssisələr tərəfindən istifadə edilən açıq mənbəli
kəşfiyyat sistemlərini araşdırır. Onlayn xəbər mənbələrindən kibertəhlükəsizliyə aid
məlumatlarının toplanmasına və ictimaiyyətin istifadə edə biləcəyi veb-saytda nümayiş
etdirilməsinə yönəlmiş layihənin işlənməsi də təsvir edilir. Layihənin əsas məqsədi
kibertəhlükəsizliklə əlaqəli təhdidlərin qarşısının alınmasına kömək etmək üçün
mövzu ilə bağlı ən son xəbərləri əlçatan etməkdir.
Layihə istifadəçi interfeysi üçün Angular çərçivədən, server tərəfi funksionallığı
üçün Python Flask-dan istifadə edən veb tətbiqi qurmaq və xəbər saytlarından
məlumat toplamaq üçün veb scrapping botunu tətbiq etməklə həyata keçirilir. Diplom
işi güclü təhdid kəşfiyyatı platformasının yaradılmasında elmi və praktiki ehtiyacı
vurğulayır. Araşdırma təhdid kəşfiyyatı mövzusunun təkmilləşdirilməsində həm
nəzəri əsasların, həm də praktiki tətbiqlərin həyata keçirilməsi ilə bitir.