Abstract:
Magistrlik dissertasiyasında Yevlax şəhəri N.Gəncəvi və M.Füzuli
küçələrində istiqamətlər, intevsivliklər və orta ləngimə vaxtları təhlil edilmişdir.
Yevlax şəhəri N.Gəncəvi və M.Füzuli küçələrində yol şəbəkəsinin imkanlarının
artırılması üçün müsbət tendensiyanın əldə edilməsi istiqamətində tövsiyələr
hazırlanmışdır.
Şəhərlərin inkişafı nə qədər sürətli və effektiv olsa belə nəqliyyat
problemlərinin həll edilməsi üçün görülən tədbirlər gözlənilən dərəcədə sürətli və
effektiv ola bilmir. Belə ki, bir çox şəhərlərin və yol şəbəkəsinin qurulmasında
simulyasiya proqramlarından istifadə edilməməsi və ya düzgün şəkildə
araşdırılmaların aparılmaması nəqliyyat ləngimələrinə gətirib çıxarır. PTV Vissim
istifadə edərək tıxacın azalması daha yaxşı nəqliyyat planlaşdırması, alternativ
marşrut seçimlərinin seçilməsi, nəqliyyat siqnallarının optimallaşdırılması və
s.kimi amillərdən asılı olaraq baş verə bilər. PTV Vissim, nəqliyyat vasitələrinin
nəqliyyat yol şəbəkəsi boyunca simulyasiya edərək nəqliyyat axınını daha yaxşı
başa düşməyə imkan verir. Beləliklə, tıxacların səbəbləri və onlara səbəb olan
amillər daha yaxşı müəyyən edilir. Bu biliklərə əsaslanaraq nəqliyyat idarəetmə
strategiyaları inkişaf etdirilə və tıxaclar azaldıla bilər.
Nəticə olaraq Yevlax şəhərinin N.Gəncəvi və M.Füzuli küçələrinin
kəsişmələri PTV Vissim proqramı vasitəsi ilə simulyasiya edilmiş və orta ləngimə
vaxtları azaldılmışdır.