Abstract:
Magistr dissertasiyası İri məlumat bazalarının təhlili və onun iqtisadi qərarların
qəbul edilməsində roluna həsr edilmişdir.
Bu dissertasiya işinin əsas məqsədi iri məlumat bazalarının təhlilinin iqtisadi
qərarların qəbul edilməsinə təsirini araşdırmaqdır, müxtəlif data nümunələrinə
baxaraq bu araşdırmaları təhlil edəcəyik.
İş 3 fəsil, 15 paraqrafdan ibarətdir.
Dissertasiya işinin “İri məlumat bazalarının analizi” adlanan I fəslində iri
məlumat bazaları haqqında ətraflı məlumat verilir. İri məlumat bazalarının
günümüzdə hansı sahələrə tətbiq olunması və bu sahələrin həmin məlumatlardan nə
üçün istifadə etdikləri qeyd olunmuşdur.
“Böyük məlumat analitikasının iqtisadi qərar qəbulunda tətbiqi” adlı II fəsildə
iri məlumat bazalarının iqtisadiyyata və qərar qəbul etməyə necə təsir edir,
iqtisadiyyatın hansı sahələrinə inteqrasiya olunur, öncədən verilən proqnozlar iri
müəssisə və şirkətlərin iqtisadiyyatına necə təsir edir və bunun üstünlükləri və
çatışmazlıqları nədirə dair geniş məlumat verilir.
Dissertasiya işinin üçüncü - “Çağrışlar və gələcək istiqamətlər” fəslində iri
məlumat bazalarının iqtisadiyyata inteqrasiyasının çatışmayan xüsusiyyətlərini ortaya
çıxararaq yeni tədbirlər həyata keçirmək və qərar qəbul etmədə istifadə olunan
üsulların daha da təkmilləşdirilməsi üçün hansı üsullardan istifadə olunmalıdır
məsələsi ətraflı şərh edilir.
Dissertasiya işinin sonunda nəticə və istifadə edilmiş ədəbiyyat siyahısı
verilmişdir.