Abstract:
Bu tədqiqat proqram kodlarının mürəkkəbliyini ölçmək üçün istifadə olunan
üsulları qiymətləndirmək üçün aparılmışdır. Tədqiqatın nəticələri göstərir ki,
proqram təminatı keyfiyyətinin mühüm komponenti olan kod mürəkkəbliyinin
dəqiq ölçülməsi və qiymətləndirilməsi proqram təminatının hazırlanması
prosesində mühüm rol oynayır.
Proqram təminatının keyfiyyətinə təsir edən amillərin təhlili, onun inkişaf
prosesində hansı sahələrə diqqət yetirilməli olduğunu müəyyən etmək üçün vacib
bir addımdır. Bu amilləri başa düşmək proqramçılara, proqram təminatının
keyfiyyətinin yaxşılaşdırılması strategiyalarını optimallaşdırmağa və resurslardan
ən səmərəli şəkildə istifadə etməyə kömək edə bilər.
Bu tədqiqatda kod mürəkkəbliyini qiymətləndirmək üçün istifadə oluna
müxtəlif mürəkkəblik meyarları araşdırıldı. Belə bir nəticəyə gəlindi ki, kod
mürəkkəbliyi çoxşaxəli anlayışdır və tək bir ölçmə metodu bütün mürəkkəblik
elementlərini əhatə etməyə bilər.
Bundan əlavə, bu tədqiqata araşdırılan ölçmə üsullarının proqram
təminatının hazırlanması prosesində qarşılaşılan praktiki çətinlikləri həll etmək
üçün kifayət etmədiyi müşahidə edilmişdir. Buna görə də, gələcək tədqiqatlar daha
əhatəli və effektiv ölçmə metodlarının və modellərinin işlənib hazırlanmasına
yönəldilməlidir.
Nəticə olaraq, bu tədqiqat proqram təminatı keyfiyyəti və kod mürəkkəbliyi
haqqında dərin anlayış təmin etdi. Gələcək tədqiqatlar, proqram təminatının
hazırlanması müddətində keyfiyyətin idarə edilməsi və kod mürəkkəbliyini
azaltma strategiyalarını təkmilləşdirilməsinə yönəldilməlidir. Bu, sənayedə daha
etibarlı və davamlı olan proqram təminatı hazırlanmasına tövhə verəcək.