dc.contributor.author | Qarayev, İbrahim | |
dc.contributor.author | Qüdrətov, Orxan | |
dc.contributor.author | İsrafilli, İsmayıl | |
dc.date.accessioned | 2024-09-11T07:27:16Z | |
dc.date.available | 2024-09-11T07:27:16Z | |
dc.date.issued | 2024-07-10 | |
dc.identifier.uri | http://hdl.handle.net/123456789/446 | |
dc.description.abstract | Bu tədqiqat proqram kodlarının mürəkkəbliyini ölçmək üçün istifadə olunan üsulları qiymətləndirmək üçün aparılmışdır. Tədqiqatın nəticələri göstərir ki, proqram təminatı keyfiyyətinin mühüm komponenti olan kod mürəkkəbliyinin dəqiq ölçülməsi və qiymətləndirilməsi proqram təminatının hazırlanması prosesində mühüm rol oynayır. Proqram təminatının keyfiyyətinə təsir edən amillərin təhlili, onun inkişaf prosesində hansı sahələrə diqqət yetirilməli olduğunu müəyyən etmək üçün vacib bir addımdır. Bu amilləri başa düşmək proqramçılara, proqram təminatının keyfiyyətinin yaxşılaşdırılması strategiyalarını optimallaşdırmağa və resurslardan ən səmərəli şəkildə istifadə etməyə kömək edə bilər. Bu tədqiqatda kod mürəkkəbliyini qiymətləndirmək üçün istifadə oluna müxtəlif mürəkkəblik meyarları araşdırıldı. Belə bir nəticəyə gəlindi ki, kod mürəkkəbliyi çoxşaxəli anlayışdır və tək bir ölçmə metodu bütün mürəkkəblik elementlərini əhatə etməyə bilər. Bundan əlavə, bu tədqiqata araşdırılan ölçmə üsullarının proqram təminatının hazırlanması prosesində qarşılaşılan praktiki çətinlikləri həll etmək üçün kifayət etmədiyi müşahidə edilmişdir. Buna görə də, gələcək tədqiqatlar daha əhatəli və effektiv ölçmə metodlarının və modellərinin işlənib hazırlanmasına yönəldilməlidir. Nəticə olaraq, bu tədqiqat proqram təminatı keyfiyyəti və kod mürəkkəbliyi haqqında dərin anlayış təmin etdi. Gələcək tədqiqatlar, proqram təminatının hazırlanması müddətində keyfiyyətin idarə edilməsi və kod mürəkkəbliyini azaltma strategiyalarını təkmilləşdirilməsinə yönəldilməlidir. Bu, sənayedə daha etibarlı və davamlı olan proqram təminatı hazırlanmasına tövhə verəcək. | en_US |
dc.language.iso | en | en_US |
dc.rights | Attribution-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nd/3.0/us/ | * |
dc.subject | Proqram təminatının keyfiyyəti | en_US |
dc.subject | Proqram təminatının inkişafı metodologiyası | en_US |
dc.subject | Proqram təminatının hazırlamasında mürəkkəbliyin azaldılması | en_US |
dc.title | Proqram kodlarının mürəkkəbliyinin ölçülməsi üsullarının tədqiqi | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: