Abstract:
Magistr dissertasiya mövzusu əlaqədar tədqiqatların analizi ilə başlamış, qarşıya
qoyulmuş bir neçə məsələ istiqamətində tədqiqatlar aparılmaqla aşağıdakı nəticələrlə
yekunlaşmışdır:
– Magistr işində insanların və PUA-ların itkisinin qarşısının alınması, mülki, sənaye
obyektlərinə, əmlaklara vurulan zərərin aradan qaldırılması, təcavüzkarların PUA-
lardan qeyri-qanuni yollarla istifadəsindən qorunma yolları, məxfiliyin pozulmasının
qarşısının alınması və PUA-nın hədəfə çatmasına əngəl olan səbəblərin aradan
qaldırılması məsələləri tədqiq edilmişdir;
– Tədqiqat obyekti olaraq, DJİ Tello modelli dron, Python proqramlaşdırma dili və
Kali Linux əməliyyat sistemi qəbul edilmişdir;
– Pythonda dronun proqrama zərərli kod yerləşdirilərək səhv lokasiyaya
göndərilməsi və əvvəlcədən daxilinə düzgün lokasiya yerləşdirilmiş dronun itməsinin
qarşısını necə almaq lazım olduğu göstərilmişdir;
– Kali Linux ƏS- nin köməyi ilə “Evil twin” hücumu həyata keçirilmiş və proses
screenshotlar vasitəsi ilə nümayiş etdirilmişdir;
– Wifi əlaqəli drona sızaraq, onun şifrəsinin ələ keçirilməsi prosesinin necə baş
tutması və dronun konfiqurasiyalarına giriş prosesinin tədqiqatı aparılmışdır;
– Kibertəhlükəsizlik hücumlarından qorunma üsulları təqdim edilmişdir.