Abstract:
Dissertasiya işində ilk olaraq pilotsuz uçuş aparatlarının təsnifatı və taktiki texniki
xüsusiyyətləri təhlil edilmişdir. Daha sonra PUA-ların hazırlanmasında istifadə olunan
stels texnologiyalı müasir kompozit materialların spesifik xüsusiyyətləri araşdırılmışdır.
Stels texnologiyasının müxtəlif metodları təhlil edilərək aralarından ən effektivləri
seçilmişdir. Eyni zamanda pilotsuz uçuş aparatlarında stels texnologiyasının istifadə
mümkünlüyü araşdırılaraq bu sahədə yeni texnologiyalar əsasında hazırlanmış hibrid
kompozit materiallarının tətbiqi öyrənilmiş və tətbiqinə dair məlumatlar bəzi texniki
ədəbiyyatlardan mənimsənilmişdir. Al əsaslı infraqırmızı örtüklər gizlilikdən qorunmaq
üçün poliuretan(PU)-alüminium (Al) kompozit örtüyün uğurla istifadə olunduğuna nəzər
yetirmiş olduq. Al hissələrin axıcılığını infraqırmızı şüalanmaya təsirinə və onların
metamaterial əsasları EM absorberlərlə uyğunluq xüsusiyyətləri sistemli şəkildə tədqiq
edilmişdir. Daha sonra NiZn və NiCuZn hibrid materiallının tərkibi, üstünlükləri və
tezlik zolaqlarına görə xarakteristikaları müqayisəli şəkildə təhlil edilmişdir. Təhlil
nəticəsində müəyyən olunmuşdur ki, təklif olunan hibrid kompozit materialının hərbi
sənayedə stels texnologiyasında tətbiqi məqsədə uyğundur.Təhlillər zamanı hibrid
kompozit materialının tətbiqində radar siqnallarının udulma faizi, əks olunma faizinə
nisbətən artmış olduğunu gördük. Buda öz növbəsində pilotsuz uçuş aparatının radara
düşmə faizini azaldır. Son olaraq isə müxtəlif nanoboyalar analiz edilmiş və radar izindən
qorunmada effektiv olduğu müəyyənləşdirilmişdir.
MAS-200, MAS-300, MF-450 və MF-500 markalı boyalar araşdırılaraq tərkibi və
xüsusiyyətləi analiz olunmuşdur. MF-500 markalı nanoboyası daha məqsədə uyğun
olduğu araşdırmalar nəticəsində təsdiqlənmişdir. Bundan əlavə olarq təhlilər zamanı
karbon əsaslı əsaslı kompozisiya materiallarının tətbiqinin əlverişli olduğunu görə bilərik.
Karbon lifli kompozisiya materiallarının stels texnologiyasında tətbiq etmək daha
səmərəlidir hansı ki, neftin yanması zamanı alınan karbon ölkəmizdə daha tez tapılır və
maya dəyəri daha aşağı olduğundan səmərəliliyi xeyli yüksəkdir. Həmçinin karbon
tərkibli örtüklər daha möhkəm, radar uducu, çəkilməsi daha asan başa gələnlər
siyahısında ilk sırada dayanır.