Abstract:
Dissertasiya işində həm ikili, həm də
çoxkomponentli ərintilərin statistik-mexaniki və statistik-termodinamik nəzəriyyələri
ərintilərin elektron nəzəriyyəsinin psevdopotensial yanaşması ilə birləşdirilərək
inkişaf etdirilmiş yeni metodlardan istifadə edilməklə modelləşdirmə və kompüter
simulyasiyaları aparılmışdır. Kompüter simulyasiyaları üçün Monte-Karlo
metodunun müxtəlif versiyalarından istifadə edilmişdir.