Abstract:
Aparılan tədqiqatlara əsasən aşağıdakı nəticələr alınmışdır:
Ст3 poladı səthinə qələvi elektrolitdən qalayın çökdürülməsi aparılmışdır.
Müəyyən olunmuşdur ki, elektrolitdə qələvinin miqdarının artması anod
cərəyanının sıxlığının artmasına səbəb olur ki, bu da aşağı valentli qalay
ionlarının həll olunmasını təmin edir və nəticədə keyfiyyətli örtük alınır.
Qalay cərəyanına görə katod çıxımının artması, yəni qalayın polad səthinə
çıxımının artması üçün katod cərəyanının sıxlığı 3A/dm 2 qədər götürülmüşdür
ki, bu da keyfiyyətli örtük alınmasını təmin edir.