Abstract:
Aparılmış təhlilin nəticəsi olaraq, bərpa olunan enerji mənbələrinin enerji
sisteminə təsiri ilə bağlı aşağıdakı nəticələr çıxarılmışdır:
1. İstifadəçinin son cihazları elektrik enerjisinin keyfiyyətinə getdikcə daha
həssas olur.
2. Elektrik enerjisi istehsalı və paylanması sistemində son tendensiyalar
göstərir ki, yaxın gələcəkdə şəbəkədə paylanmış generasiya səviyyəsi əhəmiyyətli
dərəcədə artacaq, bu da elektrik enerjisinin keyfiyyətinin dəyişməsinə səbəb
olacaq.
3. Bu dissertasiyada bərpa olunan enerji mənbələri (külək enerjisi, günəş
enerjisi) əsasında enerji paylanması sistemi ilə bağlı elektrik enerjisinin keyfiyyəti
problemlərinin səbəblərinin icmalı təqdim olunur. Külək və günəş enerjisinin
təsirinin təbiətcə fərqli olduğu göstərilmişdir: külək enerjisinin nüfuz etməsi ilə
gərginlik səviyyəsi azalır, günəş enerjisinin nüfuz etməsi ilə isə artır.
4. Bu nəticəyə gəlmək olar ki, sistemlərin dinamik dayanıqlılığı enerji
sisteminin konfiqurasiyasından, ilkin vəziyyətdən, pozulma dərəcəsindən və
sistemdəki külək enerjisinin miqdarından asılıdır.
5. Daimi cərəyan yığmasının külək elektrik qurğusu tərəfində aerodinamik və
elektromechanik tənzimləməni birləşdirən iki konturlu idarəetmə sisteminin tətbiqi
aşağıdakı nəticələrə nail olmağa imkan verir:
− Sabit cərəyan yığmasının çıxış gücünün stabilləşdirilməsinin keyfiyyətini
artırmaq, generasiya olunan (külək axınının sürəti) və istehlak edilən güclərdə
(istehlakçı yükünün müqaviməti) baş verən dəyişikliklərə sistemin reaksiya vaxtını
azaltmaq hesabına;
− Aşağı inersiyalı generatorun elektromaqnit momentinin tənzimlənməsi
zamanı turbinin güc əmsalının mümkün olan maksimum dəyərini dəqiq
saxlamaqla, külək elektrik qurğusunun generasiya olunan gücünün istehsalını
artırmaq;
− Külək elektrik qurğusunun generasiya olunan gücünün artıqlarını daimi
cərəyan yığmasının tutumlu akkumulyatorunda elektrik enerjisi kimi və turbinin
dönmə sürətini tənzimləməklə kinetik enerji kimi yığmaq hesabına istehlakçı
yükünün əlavə fasiləsiz enerji təchizatını təmin etmək.