dc.contributor.author | Məmmədova, Qumru | |
dc.contributor.author | Namazov, Vəkil | |
dc.contributor.author | Əliyev, Xəyal | |
dc.contributor.author | Fərzəliyev, Şamxal | |
dc.contributor.author | Şərifov, Xəyal | |
dc.date.accessioned | 2024-09-11T07:38:27Z | |
dc.date.available | 2024-09-11T07:38:27Z | |
dc.date.issued | 2024-07-12 | |
dc.identifier.uri | http://hdl.handle.net/123456789/448 | |
dc.description.abstract | Aparılmış təhlilin nəticəsi olaraq, bərpa olunan enerji mənbələrinin enerji sisteminə təsiri ilə bağlı aşağıdakı nəticələr çıxarılmışdır: 1. İstifadəçinin son cihazları elektrik enerjisinin keyfiyyətinə getdikcə daha həssas olur. 2. Elektrik enerjisi istehsalı və paylanması sistemində son tendensiyalar göstərir ki, yaxın gələcəkdə şəbəkədə paylanmış generasiya səviyyəsi əhəmiyyətli dərəcədə artacaq, bu da elektrik enerjisinin keyfiyyətinin dəyişməsinə səbəb olacaq. 3. Bu dissertasiyada bərpa olunan enerji mənbələri (külək enerjisi, günəş enerjisi) əsasında enerji paylanması sistemi ilə bağlı elektrik enerjisinin keyfiyyəti problemlərinin səbəblərinin icmalı təqdim olunur. Külək və günəş enerjisinin təsirinin təbiətcə fərqli olduğu göstərilmişdir: külək enerjisinin nüfuz etməsi ilə gərginlik səviyyəsi azalır, günəş enerjisinin nüfuz etməsi ilə isə artır. 4. Bu nəticəyə gəlmək olar ki, sistemlərin dinamik dayanıqlılığı enerji sisteminin konfiqurasiyasından, ilkin vəziyyətdən, pozulma dərəcəsindən və sistemdəki külək enerjisinin miqdarından asılıdır. 5. Daimi cərəyan yığmasının külək elektrik qurğusu tərəfində aerodinamik və elektromechanik tənzimləməni birləşdirən iki konturlu idarəetmə sisteminin tətbiqi aşağıdakı nəticələrə nail olmağa imkan verir: − Sabit cərəyan yığmasının çıxış gücünün stabilləşdirilməsinin keyfiyyətini artırmaq, generasiya olunan (külək axınının sürəti) və istehlak edilən güclərdə (istehlakçı yükünün müqaviməti) baş verən dəyişikliklərə sistemin reaksiya vaxtını azaltmaq hesabına; − Aşağı inersiyalı generatorun elektromaqnit momentinin tənzimlənməsi zamanı turbinin güc əmsalının mümkün olan maksimum dəyərini dəqiq saxlamaqla, külək elektrik qurğusunun generasiya olunan gücünün istehsalını artırmaq; − Külək elektrik qurğusunun generasiya olunan gücünün artıqlarını daimi cərəyan yığmasının tutumlu akkumulyatorunda elektrik enerjisi kimi və turbinin dönmə sürətini tənzimləməklə kinetik enerji kimi yığmaq hesabına istehlakçı yükünün əlavə fasiləsiz enerji təchizatını təmin etmək. | en_US |
dc.language.iso | en | en_US |
dc.rights | Attribution-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nd/3.0/us/ | * |
dc.subject | Yenilənə bilən enerji mənbələrinin icmalı və onların elektrik enerjisi istehsalında rolu | en_US |
dc.subject | BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİNİN ŞƏBƏKƏYƏ İNTEQRASİYA OLUNMUŞ SİSTEMLƏRİN SƏMƏRƏLİLİYİNƏ TƏSİRİ | en_US |
dc.subject | Şəbəkəyə bərpa olunan enerji mənbələrinin inteqrasiyası ilə bağlı problemlər | en_US |
dc.subject | Enerji sisteminə təsirin azaldılması yollarından biri kimi xüsusi aşağı tezlikli elektrik generatorlarının tədqiqi | en_US |
dc.title | İri həcmli bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiya problemləri | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: