Abstract:
E-dövlət mühitində idarəetmənin yaxşılaşdırılması, dövlətin təhlükəsizliyinin
təmin olunması və dövlətə qarşı təbliğatın vaxtında aşkarlanması günümüzün aktual
məsələlərindən biridir. E-dövlətdə dövlət əleyhinə fəaliyyət göstərən gizli sosial
şəbəkələrin aşkarlanması e-dövlətin təhlükəsizliyinin təmin olunmasının əsas
amillərindən biri hesab olunur E-dövlət mühitində səmərəli qərarların qəbulu və
dövlət təhlükəsizliyinin təmin olunması üçün bu mühitin tədqiqi mühüm əhəmiyyət
kəsb edir. Bunu nəzərə alaraq tədqiqat işində e-dövlət sistemi və bu sistemdə
idarəetmənin yaxşılaşdırılması, dövlətə qarşı təbliğatın qarşısının alınması və
təhlükəsizliyinin təmin olunması məqsədilə gizli sosial şəbəkələrin aşkarlanması üçün
mövcud metodlar tədqiq olunmuşdur. Buraxılış işi 3 fəsildən ibarətdir:
Birinci fəsil. Burada e-dövlət və e-dövlət sistemi üçün yaradılan informasiya
sistemi haqqında məlumat verilmişdir. E-dövlətdə baş verən problemlər, e-dövlətin
inkişaf mərhələləri, e-dövlət üzərində görülən işlər, E-dövlətin sosial şəbəkələrlə
əlaqəsi göstərilmiş, üstünlükləri və çatışmazlıqları əsaslandırılmışdır.
İkinci fəsil. Bu fəsildə sosial şəbəkə haqqında, sosial şəbəkələrin məqsədinin
nə olduğu, onların həyatımızda rolu, sosial şəbəkələrdə yaranan problemlər haqqında
məlumat verilmiş və sosial şəbəkələrin analizi və sintezi məsələləri tədqiq
olunmuşdur.
Üçüncü fəsil. Bu fəsildə kiber təhdid, e-dövlət mühitində gizli sosial
şəbəkələrin aşkarlanması üçün mövcud metod araşdırlmış və təkliflər irəli
sürülmüşdür. E-dövlət sahəsinin araşdırılmasında istifadə olunan ədəbiyyat və internet
resurlar göstərilmişdir.
İstifadə olunan ədəbiyyat. E-dövlət sahəsi ilə bağlı istifadə olunan
ədəbiyyatlar və internet resurslarının siyahısı verilmişdir.
Nəticə. Buraxılış işinin predmet sahəsinə uyğun olaraq e-dövlət sistemi
araşdırılmış, bu sistemdə dövlətin təhlükəsizliyinin təmin olunması istiqamətində
mövcud tədqiqatlar araşdırılmış, gizli sosial şəbəkələrin aşkarlanması üçün metod
nəzərdən keçirilmiş, problemlər müəyyən olunmuş və yeni yanaşma təklif
olunmuşdur.