Abstract:
Bu dissertasiya işində SCADA (Supervisory Control and Data
Acquisition) sistemlərinin kibertəhlükəsizliyini təmin etmək üçün sınaq stendinin
işlənməsi araşdırılmışdır. SCADA sistemləri sənaye proseslərinin avtomatlaşdırılması
və idarə olunmasında geniş istifadə olunur, lakin onların kibertəhlükəsizliyi ciddi
təhlükə altındadır. Bu səbəbdən, mövcud boşluqların aşkar edilməsi və effektiv
müdafiə tədbirlərinin sınanması vacibdir.
Əsas məqsəd SCADA sistemlərinin kibertəhlükəsizliyini artırmaq üçün sınaq
stendinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün, SCADA sistemlərinin
kibertəhlükəsizlik boşluqlarının müəyyənləşdirilməsi, risklərin qiymətləndirilməsi və
təhlili, müdafiə tədbirlərinin effektivliyinin sınaqdan keçirilmişdir.
Tədqiqat çərçivəsində təcrübə, modelləşdirmə və simulyasiya metodları tətbiq
edilmişdir. Yenilikçi sınaq stendi SCADA sistemlərinin real şəraitdə
kibertəhlükəsizlik sınaqlarının aparılmasına imkan verir. Bu stendin yaradılması,
mövcud həllərdən fərqli olaraq, daha müasir və təsirli müdafiə mexanizmlərini
sınamaq imkanı təqdim edir. Tədqiqatın nəticələri göstərir ki, təklif olunan sınaq
stendi SCADA sistemlərinin kibertəhlükəsizliyinin təmin olunmasında mühüm rol
oynaya bilər. Təcrübələr nəticəsində əldə edilən məlumatlar SCADA sistemlərinin
təhlükəsizliyini artırmaq üçün praktiki tövsiyələr verir.